AZ

Zəngilan şəhərindəki kompleksdə 8 ikimərtəbəli, 4 üçmərtəbəli bina inşa edilib

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Zəngilan şəhərində 12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 2 hektara yaxındır. APA-nın yerli müxbiri xəbər verir ki, bu barədə Zəngilan şəhərinə təşkil olunmuş mediatur iştirakçılarına məlumat verilib.

Qeyd edilib ki, burada 104 mənzil inşa olunub.

Binalardan 8-i ikimərtəbəli, 4-ü isə üçmərtəbəlidir. Hazırda binaların daxili bəzək işləri yekunlaşıb.

Əlavə olaraq bildirilib ki, kompleksdəki binaların inşasında müasir memarlıq yanaşmaları əsas götürülüb. Ərazidə uşaq və idman meydançaları quraşdırılıb. Məhəllədə 6 yerüstü və yeraltı avtomobil dayanacağı var. Elektromobillər üçün enerjidoldurma məntəqəsi də nəzərdə tutulub. Yaşayış kompleksinin ərazisində yeraltı su anbarları tikilib, transformator da quraşdırılıb. Kompleks şəhərin mərkəzi hissəsində, məktəb, uşaq bağçası və parkın yaxınlığında, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
18
apa.az

10Mənbələr