ain.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Dünən futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulub.
İkinci oyun günündə daha 6 qarşılaşma keçirilib. Premyer Liqada çıxış edən “Sumqayıt” Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda “Zaqatala”nın qonağı olub. Görüş sumqayıtlıların qələbəsi ilə başa çatıb – +3:0. “Qəbələ” isə “Mingəçevir”i qəbul edib. Qəbələ şəhər stadionunda keçirilən oyun meydan sahiblərinin üstünlüyü ilə yekunlaşıb – 5-1.
Digər oyunlarda “Səbail”– “Şamaxı” – 0-1, “Neftçi” –MOİK – 6:2, “Xankəndi”– “Difai” – 1-2, “Şahdağ Qusar”– “Şimal”– 2:0 nəticələri qeydə alınıb. Beləliklə, “Sumqayıt”, “Qəbələ”, “Şamaxı”, “Neftçi”, “Difai” və “Şahdağ Qusar” növbəti mərhələdə oynamaq hüququ qazanıblar.
Qeyd edək ki, bir gün əvvəl isə “Kəpəz”, “Karvan-Yevlax”, “İmişli”, “Turan Tovuz”, “Baku Sportinq” və “Şəfa” da 1/8 finala vəsiqəni təmin ediblər.
Qabil YUSİFOĞLUXQ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.
 
                        