AZ

“Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları yoxdur” - Paşinyan

“2024-cü ildə Ermənistanın Konstitusiya Məhkəməsi qərar verib ki, ölkənin Konstitusiyasında heç bir qonşumuza qarşı ərazi iddiası yoxdur”.

Missiya.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Paris Sülh Forumu çərçivəsində çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistanla Azərbaycan arasında imzalanmış sülh sazişinin mətnində tərəflərin bir-birinə qarşı ərazi iddialarının olmadığı və gələcəkdə belə iddialarla çıxış etməməyi öhdəsinə götürən çoxsaylı müddəalar var.

“Demək istəyirəm ki, artıq paraflanmış sülh sazişində bütün mümkün mövzular öz əksini tapıb, yəni bizim işimizdə qeyd etdiyiniz kimi problem yoxdur", - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
27
missiya.az

1Mənbələr