Minifutbol üzrə Azərbaycan çempionatında ilk tura yekun vurulub.
90deqiqe.Az-ın məlumatına görə, ikinci oyun günündə Bakı Tennis Akademiyasının meydançasında 4 qarşılaşma keçirilib.
Günün oyunlarında “Qalaksi” 6:1 hesabı ilə “Cənub Storm”-u, “Lerik Əvilə” isə 4:0 hesabı ilə “Borçalı”-nı məğlub edib. “Zirə” 2:1 hesabı ilə “Birbaşa Bakı”-nı, “Siyəzən” isə 5:0 hesabı ilə “Gənclərbirliyi”-ni üstələyib.
Turun əvvəlində keçirilən matçlarda isə “Aznur” 18:2 hesabı ilə “Star Bakı”-nı, “Atəşgah Suraxanı” 5:4 hesabı ilə “Lənkəran”-ı, “DİN İdman Cəmiyyəti” isə 5:3 hesabı ilə “Bakı 145”-i məğlub edib. “Sumqayıt” və “Buxar” arasında keçirilən matçda isə 2:2 hesablı bərabərlik qeydə alınıb.
 
                        