AZ

Sumqayıt sakinlərin DİQQƏTİNƏ! 500 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə olacaq.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.

Bildirilib ki, mövcud qaz sayğaclarının yeni xəttin üzərinə köçürülməsi ilə əlaqədar oktyabrın 30-da saat 12:00-dan etibarən, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məktəbin yanı – "dörd yol" ərazisində 500 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.

Seçilən
5
21
far.az

10Mənbələr