AZ

67 cinayətin açılması təmin edilib

Oktyabrın 29-da ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

"Cebheinfo.az” xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 77 nəfər saxlanılıb. O cümlədən borclu şəxs qismində axtarışda olan 56, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 və dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 25,2 kiloqrama yaxın narkotik vasitə və 6 ədəd psixotrop tərkibli həb aşkar olunaraq götürülüb.

Eləcə də qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən olunub. Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara, 8 tüfəng, 12 patron aşkar edərək götürüblər.

Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər də saxlanılıb.

"Cebheinfo.az”

Seçilən
18
47
cebheinfo.az

10Mənbələr