AZ

Bu il neçə attraksionun fəaliyyəti yoxlanılıb? - AÇIQLAMA

Fövəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən cari ilin ötən dövrü ərzində Bakı şəhərində 44 obyektdə ümumilikdə 127 attraksionun fəaliyyəti yoxlanılıb.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq FHN-dən bildirilib.

Qeyd edilib ki, yoxlanılan obyektlərdə 118 bənddən ibarət qüsur aktı tərib olunaraq qüsurların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.

"Park və əyləncə məkanlarında atraksionların texniki vəziyyəti mütəmadi olaraq yoxlanılır. Əsas məqsəd insanların təhlükəsizliyini qorumaq və qurğuların qaydalara uyğun işləməsini təmin etməkdir. Hər bir attraksion ildə ən azı bir dəfə texniki baxışdan keçirilir və yalnız lisenziya alındıqdan sonra fəaliyyət göstərə bilər",-qurumdan əlavə olunub.

Həmçinin bildirilib ki, lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən, Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında verilir.

Seçilən
4
2
day.az

3Mənbələr