AZ

“Atanızın belə olmasını istırdiniz” Tramp Modi barədə danışıb

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Pakistan və Hindistan arasında baş verən toqquşmalar barədə çıxışı zamanı Hindistanın Baş naziri Narendra Modinin təqlid edib.

Prezident Pakistan və Hindistan arasında may ayında yaşanan və ABŞ-nin vasitəçiliyi ilə atəşkəslə nəticələnən toqquşmalara toxunaraq, Modi barədə “xoş görkəmli şəxs” ifadəsini işlədib və “Atanızın belə olmasını istərdiniz” deyə zarafatla bildirib.

Tramp daha sonra Modinin “sərt bir lider” olduğunu vurğulayıb və Hindistan Baş nazirini təqlid edərək onun səsi ilə “Xeyr, biz döyüşəcəyik” ifadəsini işlədib.

Modiyə aid etdiyi bu sözlərdən sonra Tramp zarafatla “Bu mənim tanıdığım adamdırmı?” sualını verib. O, çıxışında həmçinin ABŞ-nin vasitəçiliyi nəticəsində iki ölkə arasında atəşkəsin əldə olunduğunu xatırladıb.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
azpolitika.info

1Mənbələr