"Son vaxtlar Ankara ilə müsbət dialoq qurmuşuq. Münasibətlərimizin normallaşması prosesi tədricən irəliləyir. Beləliklə, iqtisadi və siyasi tərəfdaşlara, normal əlaqələrə malik qonşulara çevriləcəyimiz mərhələyə yaxınlaşırıq. Bu, yəqin ki, yaxın gələcəkdə baş verəcək",– hökumət başçısı söyləyib. O diqqətə çatdırıb ki, bu məsələlərin həlli üçün müəyyən vaxt lazımdır.
![]() |
| "Türk Hava Yolları" Ermənistana uçuşlara başlayacaq |
Məlumat üçün bildirək ki, Türkiyə ilə Ermənistan arasında 1991-ci ildən bəri diplomatik əlaqələri yoxdur, dövlət sərhədi isə 1993-cü ildən bağlıdır. Belə bir vəziyyət Türkiyənin Dağlıq Qarabağla əlaqədar Azərbaycanın mövqeyini dəstəkləməsi, habelə 1915-ci ildə qondarma "erməni soyqırımı"nın İrəvan tərəfindən dünyadan tanıdılması fonunda meydana gəlib. 2021-ci ilin dekabrında ölkələr münasibətlərinin normallaşdırılması məqsədilə qarşılıqlı xüsusi nümayəndələr irəli sürüblər.
Firudin Həmidli
AzVision.az
