Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rusiyanın Sverdlovsk vilayətində 6 gün əvvəl itkin düşən 49 yaşlı iş adamı İlqar Xanadanov ölü halda tapılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, faktla bağlı cinayət işi açılıb, qətl versiyası nəzərdən keçirilir. Sahibkarın həyat yoldaşının sözlərinə görə, cəsəd dəfn üçün Azərbaycana göndəriləcək.
Qeyd edək ki, dünən mərhuma məxsus “Mercedes” markalı avtomobilin qan içində tapıldığı barədə xəbər vermişdik.


***
29 oktyabr, saat: 10:43
Rusiyada azərbaycanlı iş adamı itkin düşüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, Sverdlovsk vilayətində hüquq-mühafizə orqanları qan içində tapılmış “Mercedes” avtomobilinin sahibinin, biznesmen İlqar Bayram oğlu Xanadanovun itkin düşməsi ilə bağlı halları araşdırır.
Məlumata görə, o, oktyabrın 24-də dostu ilə Mezenkaya kəndinə getdikdən sonra itib. Gecə saat 12 radələrində dostu ilə birlikdə oturduqdan sonra həyat yoldaşı ilə telefon danışığında evə qayıtdığını deyib. Lakin yolda o, başqa biri ilə telefonda yüksək tonda danışıb.
Kişilər geri dönüb yolayrıcına çatıb, orada sahibkar dostunu düşürüb və həmin dostu təsadüfən oradan keçən həyat yoldaşı götürüb. Bundan sonra itən şəxsi heç kim görməyib. Qardaşının sözlərinə görə avtomobili məhz o tapıb. Açarlar avtomobildə taxılı olub, salonda isə şəxsi əşyalardan heçnə olmayıb.
Polis və könüllülər itkin düşmüş kişini axtarır. Qeyd olunur ki, Xanadanov kabab və hot-doq satılan kiçik bir ictimai iaşə nöqtəsinin sahibidir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.