AZ

Tranzit və logistika sahəsi üzrə Azərbaycanla sıx əməkdaşlıq edəcəyik - Gaztrade (ÖZƏL)

Bakı. Trend:

Orta dəhlizin inkişafında, ticarətin asanlaşdırılmasıfəaliyyətlərində nağd ticarətin rolunu görürük. Son beş ildə,xüsusilə Qazaxıstanla bu layihələr üzərində sıx işləyirik.

Bunu "Gaztrade"nin icraçı direktoru Aynur Amirbekova bu günBakıda keçirilən Avrasiya Françayzinq Forumu çərçivəsində Trend-ə açıqlamasında deyib.

O bildirib ki, Orta Dəhliz üzrə ticarətin asanlaşdırılmasıfəaliyyətləri ilə bağlı yol xəritəsi və müvafiq infrastrukturyaradılıb:

"Bu istiqamətdə analitik məsləhət xidmətləri, sənədləşmə dəstəyivə sənədlərin ilkin tanınması kimi praktik alətlərimizdən istifadəetməklə Orta dəhlizdə kağızsız ticarətin inkişafını sürətləndirməyiplanlaşdırırıq. Çünki bu, çox vacibdir".

İcraçı direktor vurğulayıb ki, digər bir məsələ tranzit vəlogistikanın qurulmasıdır:

"Bu istiqamətdə Azərbaycanla sıx əməkdaşlıq edəcəyik. Son üçgündə həmkarlarımızla nəticələrə nail olmaq üçün necəişləyəcəyimizi müzakirə edirik. Bildiyiniz kimi, 2028-ci ildə Ortadəhliz tam açılacaq.
Buna görə də, indidən tərəfdaşlarımız və iştirakçılarımızlabirlikdə idxal, ixrac və tranzit fəaliyyətləri üçün məhsul xəttinihazırlayırıq. Orta dəhlizin səmərəli və aktiv işləməsi, ticarətdövriyyəsinin artırılması üçün məhsullar zəruridir. Hal-hazırda ikiölkə arasında ticarət dövriyyəsi 500 milyon ABŞ dollarındanartıqdır və biz bunu ikiqat artırmaq istəyirik. Bunun üçün məhsulxətti vacibdir".

Aynur Amirbekova eyni zamanda qeyd edib ki, QazaxıstanAzərbaycanla kiçik və orta sahibkarlıq subyektlərini beynəlxalqbazarda təşviq etməyə maraqlıdır:

"Biz ixracın təşviqi fəaliyyətlərini həyata keçirən bir operatorkimi, ixracatçılara həm maliyyə, həm də qeyri-maliyyə dəstəyigöstəririk. Bu gün Beynəlxalq Françayzinq Forumundayıq.Azərbaycanla və həmkarlarımızla əməkdaşlıq etmək məqsədilə, buradaAZPROMO, KOBİA və digər ixrac təşkilatları kimi institusionaltərəfdaşlarımız da iştirak edir. Biz onlarla sıx əməkdaşlıq edirik,çünki regiondakı ilkin markamızı beynəlxalq bazara çıxarmaqistəyirik. Bu istiqamətdə biz alətlərimizin imkanlarını səfərbəretməklə kiçik və orta sahibkarlığın sistemli şəkildədəstəklənməsini qurmaq və onları dünya bazarına çıxarmaqistəyirik".

Seçilən
21
1
az.trend.az

2Mənbələr