AZ

Tokayevin keçmiş müşaviri qətlə yetirildi - FOTO

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin keçmiş müşaviri Ercan Babakumarov qətlə yetirilib.

Ölkə.az bu barədə "Sputnik Qazaxıstan"a istinadla xəbər verir.

İlkin məlumata görə, əvvəldən bir-birini tanıyan şəxslər arasında mübahisə yaranıb, bu isə davaya çevrilib. Nəticədə 56 yaşlı keçmiş müşavir aldığı xəsarətlərdən ölüb. Şübhəli şəxs saxlanılıb və müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

Qətl faktı üzrə cinayət işi açılıb.

Qeyd edək ki, 2019-cu ilin aprel-iyul aylarında Babakumarov Qazaxıstan Respublikasının prezidentinin müşaviri vəzifəsini icra edib.

537400

Həmidə İbrahimova

Seçilən
18
olke.az

1Mənbələr