AZ

Rusiyada “Meduza” virusunu yaradan haker qrupu həbs olunub

Bakı. Trend:

Rusiyanın Moskva və Həştərxan şəhərlərində “Meduza” adlıkompüter virusunu hazırlamış haker qrupu ifşa olunaraq hüquqmühafizə orqanları tərəfindən saxlanılıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Rusiya DİN rəsmisi İrina Volkaçıqlama verib.

Onun məlumatına görə, üç gənc İT mütəxəssisi zərərli proqramtəminatını hazırlamaq, istifadə etmək və yaymaqda şübhəlibilinir.

Hakerlər “Meduza” proqramını təxminən iki il əvvəl ixtisaslaşmışforumlar vasitəsilə yaymağa başlayıblar. Virus istifadəçi hesabməlumatlarını, kriptovalyuta pulqabıları haqqında məlumatları vədigər məxfi məlumatları oğurlamaq məqsədi daşıyırdı. Cari ilin mayayında həmin şəxslər proqram təminatından istifadə edərək Həştərxanvilayətindəki bir müəssisənin məlumatlarına icazəsiz giriş əldəedib və qanunla qorunan xidmət məlumatlarını öz serverlərinəköçürüblər.

Məqalədə:
Seçilən
18
az.trend.az

1Mənbələr