Bir neçə həftədən sonra "e-Tabib" tətbiqində "103 xidməti" fəaliyyətə başlayacaq.
Publika.az xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktorunun müşaviri Elşad Məmmədli 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi - "Medinex 2025"də deyib.
Onun sözlərinə görə, təcili tibbi yardım xidmətinin 90 faiz işi elektronlaşdırılacaq.
 
                        