Bakı. Trend:
Mərkəzi Bankın sədr müavini Əli Əhmədov Azərbaycan KapitalBazarları Assosiasiyası, Bakı Fond Birjası, Milli Depozit Mərkəzivə investisiya şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.
Bu barədə Trend-ə Mərkəzi Bankdan məlumat verilib.
Görüş zamanı 2025-ci ilin üçüncü rübü üzrə kapital bazarlarındamüşahidə olunan meyllər, sektorun inkişafına təsir edən əsasamillər və bazar infrastrukturunun gücləndirilməsi ilə bağlıməsələlər müzakirə edilib.
Görüşdə qarşıdakı dövr üçün kapital bazarlarının inkişafına dairstrateji hədəflər, investisiya şirkətlərinin maliyyə dayanıqlılığınartırılması və maliyyə vasitəçiliyinin dərinləşdirilməsiistiqamətində görüləcək işlərlə bağlı fikir mübadiləsiaparılıb.