Aktual.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan "Tramp yolu” layihəsi barədə deyib.
"Dünyanın hazırda təchizat zənciri böhranı yaşadığını nəzərə alsaq, bu, həm beynəlxalq ticarət, həm də regionumuz üçün həqiqətən də fərq yarada bilər. Fars körfəzindən, Oman körfəzindən Qara dənizə qədər kommunikasiya kanalları açılacaq, Xəzər dənizi ilə Aralıq dənizi arasında yeni bir əlaqə yaranacaq, Ermənistan üçün yeni imkanlar yaradılacaq”, - o bildirib.