Dəri qaşınması, çiyin ağrısı və ağız quruluğu kimi simptomlar görünüşdə sadə görünsə də, bəzi ciddi xəstəliklərin siqnalı ola bilər.
Redaktor.az xəbər verir ki, bu barədə ümumi praktik həkim Din Eggitt, dermatoloq Aleksandr Godich və stomatoloq Viktoriya Sempson "Daily Mail" ilə danışarkən xəbərdarlıq edib.
Din Eggitt qeyd edib ki, çiyin ağrıları qaraciyər çatışmazlığı, ağciyər xərçəngi və öd kisəsi problemləri zamanı ortaya çıxa bilər. Həkim əlavə edib ki, sağ çiyindəki diskomfort adətən öd kisəsi ilə, sol çiyindəki ağrı isə ürək xəstəlikləri ilə əlaqələndirilir. Həmçinin, Eggitt gecə tərpənməsi və sürətli çəki itkisini laqeyd yanaşmamağı tövsiyə edib. Bu dəyişikliklər xərçəng, limfoma və ya vərəm xəstəliyinə işarə edə bilər.
Dermatoloq Aleksandr Godich isə səbəbsiz dəri qaşınmasını təhlükəli əlamət hesab edib. O izah edib ki, bədəndə toksinlər düzgün şəkildə xaric olunmadıqda, onlar dərinin altında toplanaraq qaşınma və narahatlıq yaradır. Bu vəziyyət, Godichin sözlərinə görə, böyrək çatışmazlığı və bəzi qan xərçəngləri zamanı müşahidə olunur.
Mütəxəssislər vurğulayır ki, belə simptomları görən şəxslər vaxt itirmədən həkimə müraciət etməlidir.
Aytəkin TOFİQQIZI