Odlar Yurdu Universitetinin əsas girişində yerləşdirilən Ulu Öndər Heydər Əliyevin fotosunun rənginin solduğu müşahidə olunub.
Təhsil müəssisəsinin binasında yerləşdirilən lövhədə “Təhsil millətin gələcəyidir” şüarı yer alsa da, görünən mənzərə bu şüarla ziddiyyət təşkil edir.
Qeyd edək ki, Odlar Yurdu Universitetinin rektoru sabiq deputat Əhməd Vəliyevdir. Onun oğlu, hazırkı deputat Samir Vəliyev universitetin İdarəetmə Şurasının sədridir. Digər oğlu Münir Vəliyev isə ali təhsil ocağında I prorektor vəzifəsini icra edir.
 
                        