AZ

Şatdaun ABŞ iqtisadiyyatına ayda 7 milyard dollara başa gəlir

ABŞ hökumətinin fəaliyyətini dayandırması (şatdaun) ölkə iqtisadiyyatına ayda təxminən 7 milyard dollara başa gəlir və həmin xərclərin ödənilməsi nəzərdə tutulmur.

AZƏRTAC “NBC News” telekanalına istinadla xəbər verir ki, bu barədə Konqresin Büdcə İdarəsinin hesabatında bildirilib.

İdarə oktyabrın 1-də başlayan və tam bir aya yaxınlaşan şatdaun ilə bağlı üç ssenari üçün təxminlər irəli sürüb. Belə ki, real ÜDM-in dörd həftəlik şatdaun üçün 7 milyard dollar, altı həftəlik üçün 11 milyard dollar və səkkiz həftəlik üçün isə 14 milyard dollar azalacağı proqnozlaşdırılır.

Hesabatda bildirilir ki, hərbi qulluqçular və bəzi federal hüquq-mühafizə orqanlarının əməkdaşları Ağ Evin yenidən bölüşdürdüyü vəsaitlərdən maaş almağa davam edir. Bununla belə, federal işçilərin böyük əksəriyyətinə maaş ödənilmir. Lakin federal qanuna görə, hökumət yenidən fəaliyyətə başladıqdan sonra işləyib-işləməməsindən asılı olmayaraq onlara kompensasiya ödəniləcək.

Seçilən
6
1
azerbaijan-news.az

2Mənbələr