Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti ofisinin müavini İqor Jovkva məlumat verib.
Jovkva Türkiyəyə Ukraynaya müdafiə dəstəyinə görə təşəkkür edib və ölkənin Kiyevin təhlükəsizliyinin qarantı olacağına ümid etdiyini bildirib.
O, həmçinin Ankaranın tezliklə Ukrayna üçün Amerika silahlarının alınması proqramına qoşulacağına əminliyini bildirib.
"Əminəm ki, Türkiyənin NATO çərçivəsində PURL təşəbbüsünə qoşulması yaxın gələcəyin məsələsidir. Ukraynanın həyatları xilas etmək və ədalətli sülhə doğru daha sürətli irəliləmək üçün proqrama bu töhfələrə ehtiyacı var", - deyə Jovkva vurğulayıb.
O, Ankaranı Ukrayna üçün bu vacib qərarı təxirə salmamağa çağırıb. (Musavat.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
 
                        