“DeFacto” mağazaları Azərbaycanda fəaliyyətini tam dayandırıb.
Publika.az Modern.az-a istinadla xəbər verir ki, Türkiyənin geyim markasının Bakı, Sumqayıt və Gəncədəki filialları ölkə bazarından tamamilə çıxıb.
Qeyd edək ki, Türkiyənin hazır geyim və moda markalarından biri olan “DeFacto” 2015-ci ildə Azərbaycan bazarına daxil olub.