AZ

Azərbaycan NATO əməkdaşlığı bu gün daha aktualdır Millət vəkili

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

NATO-da akkreditə olunmuş 15 xarici ölkənin səfirlərindən ibarət nümayəndə heyətinin noyabrın 6-7-də Azərbaycana səfəri planlaşdırılıb. 

Milli Məclisin deputatı Hikmət Babaoğlu Redaktor.az-a danışarkən bildirdi ki,  Azərbaycan-NATO tərəfdaşlığı uzun müddətdir davam edir.

Onun sözlərinə görə, Azərbaycan-NATO əməkdaşlığı bu gün bir qədər daha aktualdır:

"Çünki Azərbaycan ordusunun əldə etdiyi tarixi zəfər, Azərbaycanın yaratdığı hərbi sənaye və onun imkanları bu tərəfdaşlığı bir qədər daha da zəruri edir və aktuallaşdırır. Nəticə etibarilə dünyada çox az ölkənin döyüşkən və döyüş meydanında bunu təcrübə edən ordusu var".

Millət vəkili vurğuladı ki, bəzi NATO ölkələrinin də orduları uzun müddətdir passiv müdafiə vəziyyətindədir:

"Belə olduqda, əlbəttə ki, yeni reallıqda Azərbaycanın həyata keçirdiyi böyük iqtisadi layihələr yeni regional təhlükəsizliyi də şərtləndirir. Bilirik ki, NATO hərbi-siyasi təşkilatdır və onun da özünəməxsus təhlükəsizlik maraqları var. Üstəlik, regional təhlükəsizlikdə və yeni reallıqda NATO üzvü olan qardaş Türkiyənin də çox mühüm rolu mövcuddur. Ona görə də, əlbəttə, bu cür əməkdaşlıqlar ümumi təhlükəsizlik kontekstində mühüm əhəmiyyət daşıyır".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
1
redaktor.az

2Mənbələr