AZ

Ukraynada rus dilini qoruyan qanun layihəsi geri çəkildi

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Ukraynada rus dilini Avropa Regional və ya Minor Dil Hüquqlarını Müdafiə Xartiyasının qorumasından məhrum etməli olan qanun layihəsi geri çəkilib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Vladimir Vyatroviç Facebook səhifəsində yazıb.

Vyatroviçin sözlərinə görə, Ukrayna hökuməti Avropa İttifaqının (Aİ) xahişi ilə parlament çoxluğunu qanundan imtina etməyə inandırıb. Deputat iddia edir ki, bu addım Avropa Şurasında “adları açıqlanmayan rusiyalı lobbiçilərin” təzyiqi ilə əlaqədardır.

Vyatroviç həmçinin Ukrayna hakimiyyətini milli maraqları rəhbər tutmağa çağırıb və bildirib ki, rus dilinin xartiya ilə qorunan dillər siyahısından çıxarılması məsələsi artıq “yetkinləşib və gecikib”.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
1
redaktor.az

2Mənbələr