BAKI, TurkicWorld. Xocalı faciəsindən sonra nə qədər xarici ölkələrə hadisə ilə bağlı məktublar göndərsək də heç yerdə çap edə bilmirdilər. Sonradan XXI əsrdə Heydər Əliyev Mərkəzi xarici dillərdə kitablar çap etdi və bu, həqiqətlərin dünyaya tanıdılmasında çox təsirli oldu.
TurkicWorld xəbər verir ki, bu fikirləri Xalq yazıçısı Çingiz Abdullayev Nik Nvolisanın “Mənim Qarabağa səfərim” adlı kitabının təqdimatında çıxışı zamanı deyib.
O bilidirib ki, çin dilindən tərcüməçilərimiz azdır.
Ç.Abdullayev “Mənim Qarabağa səfərim” kitabının müəllifinə də təşəkkür edib:
“Əcnəbi gəlib belə kitab yazırsa bu, çox təqdirəlayiqdir. Bu kitabın elektron variantını Yazıçılar Birliyinin saytına yerləşdirəcəyik”.