AZ

İtkin şəhidi Cəmil Rəhimovla vida mərasimi keçirildi -

Şirvan şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Cəmil Rəhimovla vida mərasimi keçirilib.Metbuat.az Report-a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Şirvanın rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Cəmil Nizami oğlu Rəhimov 1969-cu il iyunun 5-də Sabirabad rayonunun Cəngən kəndində anadan olub. 1992-ci il mayın 8-də Şuşada gedən döyüşlər zamanı itkin düşüb.

C.Rəhimov Şirvan şəhəri Şəhidlər xiyabanında dəfn ediləcək.

Seçilən
11
3
metbuat.az

4Mənbələr