AZ

Samir Abasov üçün ya yolun başlanğıcıdır, ya da sonu! - "Neftçi" rəhbərliyi bütün imkanları səfərbər edib

"Neftçi" iki ildir ki, avrokuboklara vəsiqə qazana bilmir. Çox üzücü durumdur. Ölkənin köklü klubundan gözləntilər böyükdür, çempionluq tələb edir azarkeşlər. Amma klub minimum vəzifənin belə öhdəsindən gəlməkdə çətinlik çəkir. 

Nəhayət bu mövsüm pis gedişata son qoyulmasını gözləyirdi hər kəs. Amma yenə də işlər qaydasında getmədi. Oyun planında müəyyən irəliləyiş nəzərə çarpsa da, əksər oyunlarda "Neftçi" arxasınca qapını möhkəm çırpa bilmədi. Arxada qalan turlarda xeyli xal itkiləri yaşandı. 

Lakin rəhbərlik Samir Abasovun arxasından çəkilmədi. Yeni transferlər üçün büdcə ayrıldı. Abubakar və İfeayni kimi futbolçular transfer olundu. Abasovun əli güclü olsun deyə, bütün imkanlar səfərbər edildi. 

Vensan Abubakarın gəlişi komanda üçün yeni nəfəs, azarkeşlər üçün isə yeni ümid mənbəyidir. Samir Abasovun durumu uçurumun kənarına qədər gələn adama bənzəyir. Ya uçurumdan aşağı düşəcək, ya da özünü düzəldib yoluna davam edəcək. Əgər Abubakar və İfeayni kimi oyunçularla da, vəziyyəti düzəldə bilməsə, başqa nəyəsə və kiməsə ümid qalmır. 

Həmid

saytlarin hazirlanmasi

Seçilən
23
1
sportal.az

2Mənbələr