AZ

Aİ-nin Rusiya ilə müharibə PLANI HAZIRDIR: Silahlar belə daşınacaq

Avropa Komissiyası Aİ və NATO hökumətləri ilə birlikdə Rusiya ilə münaqişə zamanı hərbi texnikanın daşınması üçün nəqliyyatdan istifadə planı üzərində işləyir.

Publika.az xəbər verir ki, bu barədə "Financial Times" adı açıqlanmayan rəsmilərə istinadən məlumat yayıb.

Qeyd edilir ki, müzakirə “müharibə vəziyyətində qitə boyunca tank və ağır artilleriya daşıya bilən yük maşınlarının, dəmiryol vaqonlarının və bərələrin birgə istifadəsinin” əlaqələndirilməsi ilə bağlı gedir.

Rəsmilərin sözlərinə görə, Aİ üzvləri hərbi qüvvələrin qitə boyunca daşınması üçün bir-birlərinə qayıqlar, təyyarələr və yük maşınları verəcəklər.

Qeyd olunur ki, müzakirələr hələ ilkin mərhələdə olduğu üçün planlar dəyişdirilə də bilər.

Seçilən
23
publika.az

1Mənbələr