AZ

Tramp və Si Cinpin tarixi razılaşma imzaladı – ABŞ və Çin iqtisadi əməkdaşlığı bərpa edir

ABŞ prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə görüşdən sonra iki ölkə arasında "tarixi razılaşmaların" əldə olunduğunu açıqlayıb.

Olaylar.az xəbər verir ki, Trampın sözlərinə görə, Çin tərəfi ABŞ-ın kənd təsərrüfatı məhsullarını - soya, sorqo və digər məhsulları - iri həcmdə almağa razılaşıb. Bundan əlavə, Pekin ABŞ-a nadir torpaq elementləri və strateji mineralların tədarükünü davam etdirməyi öhdəsinə götürüb.

"Bu razılaşmalar milyonlarla amerikalıya rifah və təhlükəsizlik gətirəcək," - deyə Tramp vurğulayıb.

Razılaşmanın bir hissəsi kimi Çin həmçinin fentanil tədarükü böhranına qarşı mübarizədə ABŞ-la əməkdaşlıq edəcək və Alyaskadan neft və qaz alışı üzrə böyük enerji sazişi imkanlarını nəzərdən keçirəcək. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
1
olaylar.az

2Mənbələr