AZ

Narkotacirlərə qarşı əməliyyat - 132 nəfər öldü

Braziliyanın Rio-de-Janeyro şəhərində narkotik qaçaqmalçılığı dəstəsinə qarşı genişmiqyaslı polis əməliyyatı nəticəsində ən azı 132 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters”in məlumatında bildirilib.

Ölənlərdən ən azı 4-nün polis əməkdaşı olduğu qeyd olunur.

Polis bildirib ki, onlar “Qırmızı Komando” təşkilatına qarşı əməliyyatı iki aydır planlaşdırırdılar. Əməliyyat zamanı xüsusi təyinatlılar meşədə pusqu qurub və dəstə üzvlərini mühasirəyə alıblar.

Rio ştatının hökuməti polisin bir neçə favelada (gecəqondu) narkotik qaçaqmalçılığına nəzarət edən dəstəyə qarşı indiyə qədər ən böyük əməliyyat keçirdiyini açıqlayıb.

Ədliyyə naziri Rikardo Levandovski bildirib ki, Braziliya prezidenti Luis İnasio Lula da Silva polisin federal hökumətə xəbər vermədən "son dərəcə qanlı və qəddar" əməliyyat keçirdiyini öyrənəndə təəccüblənib.

Polis əməliyyatı Rio-de-Janeyro tarixində ən ölümcül əməliyyat olub. Əvvəlki ən böyük ölüm sayı 2021-ci ilin may ayında Jacarezinho favelası ərazisində baş vermişdi və nəticədə polis məmurları və şübhəlilər də daxil olmaqla 28 nəfər həlak olmuşdu.

Seçilən
1
2
redaktor.az

3Mənbələr