AZ

İstanbuldan Moskvaya bir çamadan pul gətirən qaçaqmalçı tutuldu

Rusiyanın Şeremetyevo hava limanında çamadanında 10 ölkənin valyutası (110.000 dollar dəyərində) olan bir rusiyalı saxlanılıb.

Olaylar.az xarici mediaya istinadla xəbər verir ki, rusiyalı qaçaqmalçı İstanbuldan gəlib və Kazana getməyi planlaşdırırmış. Lakin baqaj yoxlaması zamanı hava limanı işçiləri çamadanda külli miqdarda nağd pul görüblər. Pul bəyan edilmədiyi üçün kişidən əlavə yoxlamadan keçməsi istənilib. Gömrükdə o, baqajını açmaqdan imtina edib və qaçmağa çalışıb, lakin yerindəcə saxlanılıb.

Çamadanın yoxlanılması zamanı onda müxtəlif valyutalar aşkarlanıb: Türkiyə lirəsi, Braziliya realı, Azərbaycan manatı, Danimarka kroneri, Hindistan rupisi və s. 

Valyutaların ümumi məbləği 110.634 dollara bərabər olub. Hazırda irimiqyaslı nağd pul qaçaqmalçılığına görə cinayət işləri nəzərdən keçirilir. Qaçaqmalçının maksimum cəzası dörd ilə qədər həbs və ya daşınan vəsaitin məbləğinin on və ya on beş mislinə bərabər cərimədir. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
1
olaylar.az

2Mənbələr