AZ

Düzgün qidalanmayan hamilələrdə hansı problemlər yarana bilər? - Səhiyyə Nazirliyinin mütəxəssisi aydınlıq gətirir

Bakı. Trend:

“Hamiləlik dövründə qadının qida rasionu həm öz sağlamlığı, həmdə dölün inkişafı üçün həyati əhəmiyyət daşıyır”.

Trend xəbərverir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”verilişində mama-ginekoloq Sahilə Vəliyeva açıqlayıb.

Onun sözlərinə görə, bu müddətdə orqanizm daha çox enerji,vitamin, mineral və zülal ehtiyac duyulur:

“Əgər bu tələblər qarşılanmazsa, həm ana, həm də döl üçünmüxtəlif sağlamlıq problemləri yarana bilər. Ananın sağlamlığınatəsirlər arasında ən çox rast gəlinən problemlərdən biri qanazlığıdır. Dəmir və fol turşusu çatışmazlığı hamilələrdə tezyorulma, halsızlıq və başgicəllənmə ilə özünü göstərir. Kalsiumunkifayət qədər qəbul edilməməsi gələcəkdə sümük əriməsi riskiniartırır və ananın sümükləri zəifləyir. Vitamin və mineralçatışmazlığı isə immuniteti zəiflədir və ananı yoluxucuxəstəliklərə qarşı daha həssas edir. Əgər tərəvəz və lif az qəbulolunarsa, qəbizlik və bağırsaq problemləri kimi həzm pozğunluqlarıtez-tez müşahidə oluna bilər”.

S.Vəliyeva bildirib ki, dölün inkişafına təsirlər də ciddinəticələrə səbəb ola bilər:

“Ana kifayət qədər qida qəbul etmədikdə uşaq normadan az çəkiilə doğula bilər. Protein və vitamin çatışmazlığı körpənin zehni vəfiziki inkişafına mənfi təsir göstərir və onun immunitetinizəiflədir. Fol turşusu çatışmazlığı isə sinir borusu qüsurlarınınyaranmasına gətirib çıxara bilər. Ana bətnində düzgün qidalanmayanuşaqlar böyüdükdə ürək-damar xəstəliklərinə, şəkərə və piylənməyədaha meyilli ola bilərlər. Hamiləlik dövründə sağlam qidalanma vədüzgün həyat tərzi həm ana, həm də körpə üçün mühüm əhəmiyyətdaşıyır. Buna görə də bəzi əsas tövsiyələrə əməl etməkvacibdir”.

Mama-ginekoloq sonda qeyd edib ki, qidalanma ilə bağlı olaraqhər gün balanslı şəkildə zülal, vitamin və minerallar qəbuledilməlidir:

“Pəhrizdə təzə meyvələr, tərəvəzlər, süd məhsulları, balıq vəqoz-fındıq mütləq yer almalıdır. “Fast-food”, qazlı içkilər vəhazır məhsullar isə minimuma endirilməlidir”.

Məqalədə:
Seçilən
11
5
az.trend.az

6Mənbələr