AZ

Bu şəxslərə sürücülük vəsiqəsi 2 illik verilir

Metbuat saytına istinadən ain.az xəbər verir.

Bildiyimiz kimi, sürücülük vəsiqəsinin ümumi etibarlılıq müddəti 10 il təşkil edir. Lakin bu qayda bütün sürücülərə şamil olunmur, bəzi şəxslər üçün vəsiqənin qüvvədə qalma müddəti daha qısadır.

Metbuat.az-ın məlumatına görə, qanunvericiliyə əsasən, sürücülük vəsiqəsinin etibarlılıq müddəti onu verən qurum tərəfindən aşağıdakı qaydada müəyyən edilir:

60 yaşına çatmamış şəxslər üçün – 10 il;

60 və daha çox yaşı olan şəxslər üçün – 70 yaş tamam olanadək qalan müddət;

70 və daha çox yaşı olan şəxslər üçün – 2 il;

Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün – tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət.

Qeyd edək ki, etibarlılıq müddəti başa çatmış sürücülük vəsiqəsi müvafiq qaydada dəyişdirilir. Əgər vəsiqə sahibinin şəxsi məlumatlarında dəyişiklik olmayıbsa, onun istəyi ilə sənədin etibarlılıq müddəti yuxarıda göstərilən qaydalar çərçivəsində uzadıla bilər.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
metbuat.az

2Mənbələr