AZ

​Yanvara kimi saçlarını pulsuz qırxdıracaqlar

Metbuat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyədə "Şəhər bərbəri" adlı yeni layihəyə start verilib. Layihə Əskişəhərə bağlı olan Təpəbaşı bələdiyyəsi tərəfindən həyata keçirilir.

Metbuat.az yerli KİV-ə istinadla xəbər verir ki, məqsəd vətəndaşlara nümunəvi sosial xidmət göstərməkdir.

Təpəbaşının Fevzi Çakmak küçəsində fəaliyyət göstərən bərbərxananın açılış mərasimində bələdiyyə sədri, deputatlar, siyasətçilər, yerli icra strukturlarının məsul əməkdaşları və sadə vətəndaşlar iştirak ediblər.

Təpəbaşı bələdiyyəsinin sədri Əhməd Ataç deyib ki, bərbərxana yanvar ayına qədər pulsuz xidmət göstərəcək. Yeni ildən sonra isə xidmət haqqı 100 lirə (4 manat 20 qəpik) olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
metbuat.az

10Mənbələr