AZ

Hərəkətsizlik piylənməni sürətləndirir və hamiləlik şəkəri ilə yanaşı, yüksək qan təzyiqi riskini də artırır - Səhiyyə Nazirliyi

Bakı. Trend:

“Müasir dövrdə bir çox qadın oturaq iş rejimində çalışır və azhərəkətli həyat tərzi sürür. Lakin hamiləlik dövründə bu vəziyyətəlavə risklər yaradır və həm ananın, həm də dölün sağlamlığınamənfi təsir göstərir”.

Trend xəbərverir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”verilişində mama-ginekoloq Sahilə Vəliyeva açıqlayıb.

Onun sözlərinə, görə fiziki sağlamlığa təsirlər arasında çəkiartımı əsas problemlərdən biridir:

“Hərəkətsizlik piylənməni sürətləndirir və bu, hamiləlik şəkəriilə yanaşı, yüksək qan təzyiqi riskini də artırır. Uzun müddəthərəkətsiz qalmaq bel, kürək və ayaqlarda ağrılara səbəb olur. Eynizamanda, oturaq həyat tərzi qan dövranını zəiflədir, bu isəayaqlarda şişkinlik, damarların genişlənməsi və tromb riskininartmasına gətirib çıxarır. Psixoloji təsirlər də diqqətdən kənardaqalmamalıdır. Az hərəkət edən hamilələrdə stress və gərginlik dahaçox müşahidə olunur. Bunun səbəbi hərəkət zamanı endorfinhormonunun ifrazının artması, hərəkətsizlikdə isə onun azalmasıdır.Nəticədə hamilə qadınlarda əhval dəyişiklikləri, yuxusuzluq,yorğunluq və hətta depressiya halları baş verə bilər”.

S.Vəliyeva bildirib ki, dölün inkişafına təsirləri dəmühümdür:

“Hərəkətsizlik qan dövranını zəiflədir və bu, dölün oksigen vəqida maddələri ilə təminatını azalda bilər. Əzələlərin zəifləməsiisə doğuş prosesini çətinləşdirir və doğuşun gedişinə mənfi təsirgöstərir. Hərəkət və həyat tərzi ilə bağlı olaraq həkim icazəsi iləyüngül gəzintilər və hamiləlik üçün xüsusi idman məşqlərifaydalıdır. Oturaq iş zamanı hər bir saatdan bir qısa hərəkət etməktövsiyə olunur. Bundan əlavə, meditasiya və nəfəs məşqləri həmananın rahatlığı, həm də körpənin sağlam inkişafı üçün müsbət təsirgöstərir”.

Məqalədə:
Seçilən
28
4
az.trend.az

5Mənbələr