AZ

Kadi Borges parataekvondoçuların məşqində iştirak edib

Apasport saytından alınan məlumata görə, ain.az bildirir.

"Qarabağ"ın braziliyalı futbolçusu Kadi Borges parataekvondoçuların məşqində olub.

Apasport.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin (MPK) mətbuat xidməti məlumat yayıb.

Futbolçu "Qarabağ"la yanaşı, özünün də pərəstişkarı olan gənc parataekvondoçu Amin Əliyevlə görüşüb. MPK-nın təşkilatçılığı ilə Azərbaycan Taekvondo Federasiyasının məşq zalında baş tutan görüşdə Ağdam təmsilçisinin üzvü ona öz formasını hədiyyə edib.

Səmimi anlarla yadda qalan görüşün paralimpiyaçılar üçün növbəti yarışlardan əvvəl böyük motivasiya və ruh yüksəkliyinə səbəb olacağı qeyd edilib.

“Kəpəz” Azərbaycan Kubokunda 200-cü qolunu vurub

Günün oyunları bu kanallarda

“Sumqayıt” bunu bacaran 20-ci komandadır

Cüdo üzrə region birinciliyi keçiriləcək

Millimiz Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirəcək

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
apasport.az

5Mənbələr