AZ

Tramp qələbəsini elan etdi: Qeytsdən iqlim dəyişikliyi barədə etiraf

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Milyarder və "Microsoft"un həmtəsisçisi Bill Qeyts iqlim dəyişikliyinə dair baxışlarında yanıldığını etiraf etdikdən sonra ABŞ Prezidenti Donald Tramp iqlim dəyişikliyi barədə yalanla müharibəni qazandığını bəyan edib.

Oxu.Az xəbər verir ki, bu barədə o özünün "Truth Social" şəbəkəsindəki hesabında yazıb.

"Biz iqlim dəyişikliyi dələduzluğu ilə müharibəni indicə qazandıq. Bill Qeyts, nəhayət, etiraf etdi ki, o bu məsələdə tamamilə yanılıb. Bunun üçün cəsarət lazım idi və buna görə hamımız minnətdarıq. MAGA!!!" - deyə prezident paylaşımında yazıb.

Beləliklə Tramp Qeytsin "Gates Notes" saytındakı məqaləsini şərh edib ki, burada milyarder qlobal istiləşmənin qarşısını almaq cəhdlərindən imtina etməyə, xəstəliklər və yoxsulluqla mübarizəyə diqqət yetirməyə çağırıb. Onun sözlərinə görə, iqlim dəyişikliyi ciddi nəticələrə səbəb olsa da, xüsusilə ən yoxsul ölkələr üçün bəşəriyyətin mövcudluğuna təhlükə yaratmayacaq.

BMT-nin baş katibi Antonio Quterreş də dünya ictimaiyyətinin qlobal istiləşməni 1.5 °C-yə qədər məhdudlaşdırmaq hədəfinə nail olmağa müvəffəq olmadığını etiraf edib.

Qeyts vurğulayıb ki, iqlim dəyişiklikləri ən çox həssas əhali təbəqələrinə təsir edəcək, lakin onlar üçün əsas təhdidlər yoxsulluq və xəstəliklər olaraq qalacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
1
oxu.az

2Mənbələr