AZ

Yeni humanoid robot təqdim edilib

“1X” robotexnika şirkəti “Neo” insanabənzər robotunu təqdim edib. Şirkətin baş icraçı direktoru Bernt Börnix yeni məhsulu sənaye üçün dönüş nöqtəsi adlandırıb. O bildirib ki, humanoidlər uzun müddət yalnız elmi fantastika obyekti, sonra tədqiqat obyekti olub. Lakin “Neo”nun istehsalı ilə bu, artıq kommersiya məhsuluna çevrilib.

Süni intellektlə işləyən robot dağınıq əşyaları yığışdıra, yemək bişirə bilir. Üstəlik, o zarafat etmək, müxtəlif suallara cavab vermək xüsusiyyətlərinə də malikdir. Qara, boz və ya bej rənglərdə istehsal edilən robot 20 min dollara satılır.

 Ülkər XASPOLADOVA,

 “Azərbaycan”

Seçilən
1
2
azerbaijan-news.az

3Mənbələr