BAKI, 30 oktyabr. TELEQRAF
“Gürcü xalqının mübarizəsi təkcə Rusiya və İvanişviliyə qarşı deyil, bu, eyni zamanda Cənubi Qafqazda sülh uğrunda mübarizədir”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial media hesabında yazıb.
“Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında daha bir vacib görüş...
Rusiya bölgədən çəkilməyənə qədər Qafqazda sülh mümkün olmayacaq. Bölgədə Rusiya üçün son dayaq İvanişvilinin avtoritar rejimidir. Gürcü xalqı azadlığı uğrunda mübarizə aparmaqla, eyni zamanda bütün regionda sülh və sabitlik uğrunda da mübarizə aparır”, - o bildirib.
Mixeil Saakaşvili Azərbaycan və Ermənistan liderlərinin görüşündən danışarkən hansını nəzərdə tutduğunu bildirməyib. İlham Əliyev və Nikol Paşinyan arasında məlum son görüş oktyabrın 14-də Misirin Şarm əl-Şeyx şəhərində olub.