AZ

İnstaqram yeni funksiyasını nümayiş etdirib

İnstaqram sosial şəbəkəsi yeni funksiyanı təqdim edib. Artıq proqram vasitəsilə əl ilə çəkilmiş mesajlar göndərmək mümkün olacaq. Yeni funksiya sayəsində istifadəçilər mesaj bölməsində istədikləri kimi şəkil və ya cizgi çəkərək qarşı tərəfə göndərə biləcəklər. Bu funksiya həm fərdi, həm də qrup söhbətlərində aktiv olacaq. İstifadəçilər üçün rəng palitrası, fırça qalınlığı tənzimlənməsi və silgi aləti kimi vasitələr də təqdim olunub. Bu alətlər mesajlara daha yaradıcı və fərqli edəcək.

Sözügedən funksiyanın xüsusilə gənc istifadəçilər arasında böyük maraq doğuracağı gözlənilir. Yeni funksiya istifadəçilərə emosiyalarını və fikirlərini daha yaradıcı şəkildə ifadə etmək, eyni zamanda sosial əlaqələri gücləndirmək imkanı verir.

Ülkər XASPOLADOVA,

 “Azərbaycan”

Seçilən
0
2
azerbaijan-news.az

3Mənbələr