Olaylar.az xəbər verir ki, gbu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya nüvə sınaqlarına qoyulan beynəlxalq moratoriumun mümkün pozulmalarını diqqətlə izləyir və lazım gəldikdə cavab tədbirləri görəcək.
"Amerika Birləşmiş Ştatları suveren ölkədir və suveren qərarlar qəbul etmək hüququna malikdir. Amma prezident Putinin dediyi kimi, əgər kimsə moratoriumu pozarsa, Rusiya da adekvat addımlar atacaq", - Peskov vurğulayıb.
Kremlin nümayəndəsi əlavə edib ki, Rusiyanın nüvə enerjisi ilə işləyən "Burevestnik" raket sınaqları beynəlxalq səviyyədə məhdudlaşdırılmış nüvə silahı sınaqlarına aid deyil.
Peskov həmçinin ABŞ prezidenti Donald Trampın Pentaqona nüvə sınaqları keçirmək barədə göstəriş verməsinə və nüvə sualtı qayıqları ilə bağlı açıqlamasına münasibət bildirib. O, bu fonda Rusiya ilə ABŞ arasında yeni silahlanma yarışının başlaması ehtimalını istisna edib. (Musavat.com)