AZ

Qazilərin döydüyü şəxsin FOTOLARI

Xəbər verdiyimiz kimi, oktyabrın 28-də gecə saatlarında Hirkan qəsəbə sakini, 1993-cü il təvəllüdlü Alim Şükürzadə Lənkəran şəhər sakini, 1996-cı il təvəllüdlü Cəbrayıl Şirməmmədovu zorla avtomobilə əyləşdirərək Sütəmurdov kəndinə aparıb.

Orada sərxoş vəziyyətdə olan A.Şükürzadə dostları — 1989-cu il təvəllüdlü Elvin Quluzadə və 1990-cı il təvəllüdlü Elşad Məmmədovla birlikdə C.Şirməmmədovu döyərək ona xəsarət yetiriblər. Daha sonra həmin yerə gəlmiş C.Şirməmmədovun 1995-ci il təvəllüdlü dostu da A.Şükürzadə tərəfindən döyülüb.

Hadisə ilə əlaqədar A.Şükürzadə, E.Məmmədov və E.Quluzadə polis tərəfindən saxlanılıb.

Daha sonra Cəbrayıl Şirməmmədov Bakı şəhərinə təxliyə olunub.

NOCOMMENT.az -ın Cənub bürosu xəsarət alan şəxsin aldığı zədələri əks etdirən fotolarını əldə edib.

Görüntüləri təqdim edirik:

Seçilən
20
9
nocomment.az

10Mənbələr