AZ

DOST TV-də arzusunu dilə gətirdi: Kadi ona sürpriz etdi - VİDEO

Bir neçə gün öncə DOST TV-də yayımlanan “İdmançının Dostu” verilişində Avropa Gənclər Paralimpiya Oyunlarının qızıl medalçısı, gənc parataekvondoçumuz Amin Əliyev ən böyük arzusunun “Köhlən atlar”ın ulduz futbolçusu Kadi Borgeslə görüşmək olduğunu dilə gətirmişdi.

"Cebheinfo.az” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu süjet efirə getdikdən sonra Kadi DOST TV-yə müraciət edərək Aminin arzusunu reallaşdırmaq istədiyini bildirib.

O, Aminin məşq etdiyi məkana gələrək sadiq azarkeşinə sürpriz edib. Məşq zalında keçirilən görüşdə Kadi ona öz formasını hədiyyə edib.

Səmimi anlarla yadda qalan görüş paralimpiyaçılarımız üçün böyük motivasiya olub.

Görüşdən görüntüləri təqdim edirik: 

"Cebheinfo.az”

Seçilən
2
3
cebheinfo.az

3Mənbələr