Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
London, 30 oktyabr, AZƏRTAC
Böyük Britaniya və Vyetnam qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparmaq, miqrantların geri qaytarılması prosesini sürətləndirmək məqsədilə yeni mühüm saziş imzalayıb.
AZƏRTAC xəbər verir ki, Britaniyanın Baş naziri Kir Starmer yeni miqrasiya razılaşması nəticəsində Böyük Britaniyanın dörd dəfə çox vyetnamlı vətəndaşı öz ölkələrinə geri göndərə biləcəyini bildirib. Saziş miqrantların sənədlərinə baxılma müddətini 75 faiz, gələcəkdə isə 90 faizə qədər azaltmağı hədəfləyir. Bu addım bürokratiyanı aradan qaldırmaqla prosesi xeyli sürətləndirəcək.
Hökumətin bəyanatına görə, bu razılaşma vergiödəyicilərinin vəsaitinə qənaət edəcək, qeyri-qanuni miqrasiyanın qarşısını almaq və sərhədləri qorumaq barədə Baş nazirin vədini yerinə yetirəcək.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.
 
                        