
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir.
AFN.az unikal.az-a istinadla xəbər verir ki, saxlanılan icra başçısının qızı Fəridə Rzayeva Suraxanı Rayon Məhkəməsinin hakimidir. O, 2023-cü ildə hakim təyin edilib, daha əvvəl isə vəkillik fəaliyyəti ilə məşğul olub.
Sfera.az-ın məlumatına görə isə, İslam Rzayev həmçinin Maliyyə nazirinin müşaviri Elman Mehdiyevin dayısıdır. E.Mehdiyev 2018-ci ildən bu vəzifədə çalışır. Bundan öncə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri olub.