
N. Həsənov və Abşeronun başçısı A. Fərzəliyev
Hazırda Abşeron Rayon İcra Hakimiyyətində yüksək vəzifə tutan Nurlan Həsənovun da Prezident Administrasiyasının dövlətə qarşı cinayətlərdə ittiham olunan sabiq rəhbəri Ramiz Mehdiyevlə yaxın əlaqələrinin olduğu ehtimal edilir.
Reyting.az xəbər verir ki, mia.az saytı və digər mətbu orqanlar Nurlan Həsənovun adını həm də adları korrupsiyada hallanan Ramiz Mehdiyev-Əli Həsənov cütlüyünə yaxın şəxslər sırasında çəkiblər.
Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və keçmiş şöbə müdiri Əli Həsənovla biznes əlaqələrində adı hallanan Nurlan Həsənov əvvəllər Nərimanov Rayon İcra Hakimiyyətində məsul vəzifədə çalışıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Əli Həsənovun sərvətinin siyahısı ölkə mətbuatında yayılıb. Siyahı ilə tanış olmaq üçün aşağıdakı linkə daxil olun:
My Webpage