AZ

"Mançester Siti"nin müdafiəçisi İngiltərədə klubunu dəyişəcək - SON DURUM

"Mançester Siti"nin niderlandlı müdafiəçisi Natan Ake Premyer Liqanın digər klubuna keçməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, informasiyanı "TEAMtalk" yayıb. 

Mənbənin məlumatına görə, "Kristal Pelas" 30 yaşlı futbolçunu yayda transfer etməyi planlaşdırır. “Qartallar” Akeni cari mövsümün sonunda klubdan ayrılacaq Mark Qexinin əvəzləyicisi kimi görür. Qexinin yanvarın əvvəlində klubu tərk edəcəyi gözlənilir.

Ake bu mövsüm bütün yarışlarda cəmi 8 matçda meydana çıxıb. 

Niderlandlı müdafiəçinin "Mançester Siti" ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədərdir. "Transfermarkt" onun dəyərini 22 milyon avro olaraq qiymətləndirir.

Mirağa

Seçilən
18
1
fanat.az

2Mənbələr