AZ

“Biz Avropanın bir hissəsi olmaq istəyirik” - Gürcüstan Prezidenti

Gürcüstan Prezidenti Mixail Kavelaşvili ölkənin Avropa İttifaqına(Aİ) üzv olmaq istəklərini açıqlayıb.

Missiya.Az xəbər verir ki, o bu barədə Acarıstan televiziyasına müsahibəsində bildirib.

“Biz Avropa Birliyinin üzvü və Avropanın bir hissəsi olmaq istəyirik. Avropanın bir hissəsi olmaq əcdadlarımızın arzusudur, bir çox nəsillər bunu arzulayıb və ölkəmiz Avropanın tamhüquqlu üzvü olmaq üçün çoxlu fırtınalardan keçib”, - deyə siyasətçi vurğulayıb.

Kavelaşvili qeyd edib ki, Aİ-yə gedən yol öz dəyərlərinin və şəxsiyyətinin qorunması ilə müşayiət olunmalıdır.

Bundan başqa, siyasətçi Gürcüstanda Avropaya inteqrasiya prosesinin hələ başlamadığını bildirib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
8
1
missiya.az

2Mənbələr