AZ

"Azərbaycanın meyvə-tərəvəzi Qazaxıstana "yaşıl dəhliz"lə daşınacaq"

Azərbaycan və Qazaxıstan bir-birinə meyvə-tərəvəzi "yaşıl dəhliz"lə daşıyacaq.

Meyvə-tərəvəz ixracı kəskin artdı - DƏYƏR 19% YÜKSƏLİB

FED.az xəbər verir ki, bunu Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Ayjan Bijanova bildirib.

Onun sözlərinə görə, ölkəsi Azərbaycandan kənd təsərrüfatı məhsulları idxalını artırmaq istəyir. "Bizim mövsümlərarası dövrdə meyvə-tərəvəzə böyük ehtiyacımız olur. Buna görə gömrük orqanlarımız arasında "yaşıl dəhliz" açırıq. Bu dəhliz vasitəsilə meyvə-tərəvəz Azərbaycandan Qazaxıstana maneəsiz daşınacaq. Daxili bazarımız təmin olunacaq. Eyni zamanda məhsulların bir hissəsini emal edib Avropa İttifaqına, Çinə, Rusiyaya ixrac etməyi planlaşdırırıq," – deyə nazir müavini vurğulayıb. (Report)

Seçilən
7
3
fed.az

4Mənbələr