AZ

Gəncəlilər Kəpəz i 9 min manat ziyana saldı

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

Bugün AFFA İntizam Komitəsinin iclası keçirilib."Football-plus.az" xəbər verir ki, iclasda Misli premyer-liqasının 9-cu turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.“Kəpəz” – “İmişli” oyununun 25-ci dəqiqəsində “Kəpəz”in qapıçısı Məmməd Hüseynov xəsarətlə nəticələnən ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə almışdı. Bildirilib ki, bu səbəbdən 26 yaşlı qolkiper 4 oyun oyunluq cəzalandırılıb. Onun klubu 1000 manat cərimə edilib. Eyni matçın 38-ci dəqiqəsində “Kəpəz” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə Gəncə təmsilçisi 6000 manat cərimə edilib. Həmin qarşılaşmanın 68-ci dəqiqəsində “Kəpəz” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 3000 manat cərimələnib.“Araz-Naxçıvan” – “Sabah” oyununda “Sabah”dan 4 nəfər sarı vərəqə aldığı üçün Bakı təmsilçisi 700 manat cərimə edilib.“Qəbələ” – “Neftçi” oyunu bitdikdən sonra “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə komandaları 3000 manat cərimələnib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
28
icma.az

10Mənbələr