AZ

63 yaşlı Qriqori Leps 19 yaşlı sevgilisi ilə evlənir? - AÇIQLAMA

Müğənni Qriqori Lepsin 19 yaşlı sevgilisi evliliklə bağlı ona ünvanlanan sualı cavablandırıb.

Far.Az xəbər verir ki, Avrora Kiban bu məsələyə səthi yanaşıb.

O bu suala "Toy üfüqdədir. Üfüq isə biz yaxınlaşdıqca bizdən uzaqlaşan xəyali bir xəttdir" deyə cavab verib. Avrora bu cavabı verdikdən sonra isə xeyli gülüb.

O Londonda dizaynerlik üzrə oxuyur və bir neçə gün əvvəl Moskvaya qayıdıb.

Avrora sosial şəbəkə izləyiciləri ilə söhbətində bir çox sualları cavablandırıb. O etiraf edib ki, hələlik Rusiyaya daimi köçmək planı yoxdur; təhsilini xaricdə davam etdirməyi planlaşdırır. Tələbənin sözlərinə görə, qrafiki və şəraiti imkan verərsə, sosial media marketinqi və marketinqi üzrə magistr təhsili almaq üçün Londonda yaşayacaq.

Xatırladaq ki, Lepslə Avrora 2024-cü ildə sevgili olduqlarını elan ediblər. Cütlük arasındakı böyük yaş fərqi isə daim müzakirə mövzusudur. Belə ki, Avroranın 19, Lepsin isə 63 yaşı var.

Seçilən
4
1
far.az

2Mənbələr